Blu vİbe Coffee
Vaybını tap, qəhvəni kəşf et

Dənədən Fincana
Ən seçmə qəhvə dənələrini özümüz qovuraraq, hər fincanda sizə unikal dad və ətir təqdim edirik
Rahat Atmosfer
İstər işləmək, istərsə də dostlarınızla vaxt keçirmək üçün minimalist və sakit bir məkan yaratdıq
Zəngin Menyu
Klassik espressodan tutmuş, imza içkilərimizə və təzə desertlərimizə qədər hər zövqə uyğun dadlar.

Sakitliyin Dadı
Yumşaq tonlar, zərif işıqlandırma və təzə qovrulmuş qəhvə ətri… Blu Vibe Coffee-nin zəngin dünyasına addım atın. İstər təkbaşına sakit bir an, istərsə də dostlarınızla şirin bir söhbət üçün ən ideal məkanı sizin üçün hazırladıq
Günün anları
Blu Vibe Coffee-də hər künc sizin rahatlığınız üçün dizayn edilib

Ümumi zona
Kafemizin enerjisini hiss edin. Dostlarla görüşmək, səmimi söhbətlər etmək və təzə dəmlənmiş qəhvə qoxusu ilə gününüzü rəngləndirmək üçün ən canlı məkanımız

Terras
Blu Vibe-ın minimalist terrası sadəcə açıq hava deyil, tam bir dinclik zonasıdır. Günün yorğunluğunu yumşaq krem tonlarının sakitliyində, təzə qəhvə ətri və sərin meh ilə bərabər geridə qoyun. Burada zaman bir az daha yavaş axır

İş zonası
Uzunmüddətli iş seansları üçün nəzərdə tutulmuş rahat oturacaqlar və geniş taxta masalar, bel və boyun ağrılarını unudaraq yalnız hədəflərinizə fokuslanmağınıza kömək edir
Müştərilərimiz nə deyir?

Toma Salamlı
Marketoloq
Mükəmməl xidmət və yüksək keyfiyyət. Həm dad, həm də vizual olaraq hər şey ən xırda detalına qədər düşünülüb. Minimalist stil sevənlərin yeni ünvanı

Sabir Camal
Head of Digital Marketing
Bluvibecoffee-nin qovurma tərzi tam fərqlidir. Qəhvənin aromatı ilk qurtumdan özünü hiss etdirir. Hər səhər işə başlamazdan əvvəl bura uğramaq artıq mənim üçün bir rituallara çevrilib

Nazan Mammadova
SEO mütəxəssisi
Həyatımda içdiyim ən yumşaq içimli qəhvələrdən biridir. Xüsusilə işləmək üçün sakit və minimalist mühit axtaranlara tövsiyə edirəm. Brendin vizual estetikası isə heyranedicidir

Fuad Alizada
Advertising
Keyfiyyət və estetik bir arada. Blucoffee sadəcə qəhvə yeri deyil, həm də vizual zövq verən bir məkan təcrübəsidir. Hər qurtumda o incə detalın və zəhmətin şahidi olursunuz. Mütləq sınayın
Hər zövqə uyğun, özəl qəhvə çeşidləri
Biz Bluvibecoffee-də klassik dadlardan tutmuş modern və fərqli dadlara qədər geniş seçim təqdim edirik. Seçdiyiniz hər bir fincan, ən keyfiyyətli dənələrdən və xüsusi reseptlərimizlə hazırlanır
Klassik Dadlar (Espresso, Americano, Cappuccino)
Xüsusi Reseptlər (Signature Blu Latte, Karamel Macchiato)
Alternativ Sütlər (Badam, Yulaf və Hindistan qozu südü ilə)


